Azərbaycanlılar koalisiya yaratdı -

Tehranda yaşayan azərbaycanlılar Şəhər Şurası seçkilərində “Birlik səsi” adlı koalisiya yaradıblar.
Axar.az xəbər verir ki, koalisiya yaradan soydaşlarımız bəyanat yayaraq, Tehran seçkilərində 6 namizədə dəstək verəcəklərini açıqlayıblar.
Bəyanatda deyilir:
“Tehran bizim şəhərimiz və evimizdir. Burada müxtəlif qövmlər yaşadığı üçün onu kiçik bir İran da adlandırmaq olar, lakin bu şəhərdə müxtəlif qövmlərin kimliyi o qədər də əks olunmur. Biz türk mədəniyyəti və kimliyinin qorunması uğrunda fəaliyyət aparan ictimai-mədəni icmalarla məsləhətləşdikdən sonra aşağıda qeyd olunan tələbləri irəli sürərək məsuliyyətli və bacarıqlı namizədləri dəstəkləməyə qərar verdik:
* Tehranda bəzi mədəniyyət evləri qövmlərə aid mərasimlər üçün istifadəyə verilsin;
* Mirzə Həsən Rüşdiyyə, Doktor Cavad Heyət, Tacmah Afaquddolə və s. kimi Azərbaycanın tanınmış şəxsiyyətlərinin adları xiyaban və meydanlara verilsin;
* Azadlıq yolunda şəhid olanların məzarlarına diqqət yetirilsin və Milli Sərdar Səttarxan və Şeyx Məhəmməd Xiyabanının xatirəsinə onlara layiq abidə qoyulsun;
* Tehranda yaşayan qövmlərin kimliyinin gücləndirilməsi istiqamətində onların yaşadığı məntəqələrdə türk nişan və adlarından daha çox istifadə olunsun;
* Azərbaycanlıların sayı Tehranda çox olduğundan, mədəniyyət evlərinin birinə “Azərbaycan” adı verilsin;
* Mədəniyyət və kimlik çeşidliliyini nəzərə alaraq Tehranın müxtəlif məntəqələrində yerli Şura və Bələdiyyə İdarələrinin səlahiyyəti artırılsın;
* Kolisiyanın Tehran əhalisi, xüsusilə də azərbaycanlıların müraciəti üçün birgə ofisi yaradılsın”.
“Birlik səsi” koalisiyasının dəstəklədiyi namizədlər bunlardır: Mühəndis Əli Məhəmmədi Qəribani, Doktor Əhməd Həkimipur, Xanım Şəhrbanı Əmani, Doktor Babək Neqahdar və Höccətul-İslam Əbdul Moqim Nasehi.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26