Interposta.Info

Koalisiya bombardmanlar nəticəsində

Dünya
 5-08-2017, 07:28     10 412

İŞİD qruplaşması ilə mübarizə üzrə ABŞ-ın başçılıq etdiyi koalisiya 2014-cü ilin avqustundan 2017-ci ilin iyun ayına qədər Suriya və İraqda apardıqları əməliyyatlar nəticəsində ən azı 624 dinc sakinin həlak olduğunu etiraf edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat koalisiyanın bəyanatında yer alıb.

Bəyanatda, həmçinin əməliyyatlar nəticəsində həyatını itirənlərin sayının müəyyən olunması üzrə işlərin bu ilin iyun ayında aparıldığı qeyd edilir.

Hazırda beynəlxalq koalisiya əməliyyatların aparıldığı bölgədə daha 424 dinc sakinin həlak olması barədə məlumatı araşdırır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26