Interposta.Info

İncirlik bazası bağlanır? –

Dünya
 6-01-2017, 17:56     588

İncirlik bazası bağlanır? –
İncirlik bazasının ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya üçün qapadılması hazırda gündəmdə deyil

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib. O, beynəlxalq koalisiyanın İŞİD-lə mübarizədə Türkiyəyə verdiyi dəstəyin kifayət qədər olmadığını da bildirib:

“Buna görə də Türkiyə ictimaiyyəti beynəlxalq koalisiyanın fəaliyyətindən narazıdır. Onlarda belə bir sual yaranır: Əgər koalisiya Türkiyəyə yardım etmirsə, o zaman niyə İncirlik aviabazasından istifadə edir?”

Qeyd edək ki, bundan öncə Türkiyə Baş nazirinin müavini Veysi Qaynaq İncirlik bazasının qapadılma hüququnun Türkiyədə olduğunu açıqlamışdı. Bu açıqlamanın ardınca İncirlik bazasının qapadılma ehtimalı gündəmə gəlmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26