Interposta.Info

MOSSAD-ın saytından sensasion iddia -

Dünya
 11-04-2017, 07:30     463

İsrailin kəşfiyyat xidməti MOSSAD-a yaxınlığı ilə seçilən "Debka” xəbər portalı ABŞ-ın İncirlik hərbi hava bazasından çıxmağa hazırlaşdığını yazıb.

BakiPost.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, MOSSAD saytı ABŞ-ın hərbi bazanı tərk etmək istiqamətində işləri sürətləndirdiyi xəbərini yayıb.

Məlumata görə, ABŞ mühəndislər heyəti gecə-gündüz Suriyanın şimalında yeni hərbi hava mərkəzinin tikintisi üçün çalışır.
Saytın yazdığına görə, yeni mərkəz İŞİD-in "paytaxtı" olan Suriyanın Rakka şəhərinin 40 kilometrliyindəki Tabqada yerləşə bilər.
Digər mərkəzlərin isə Hajar hava limanı və Hələbin şimalındakı Kobani olacağı deyilir. Bununla da, Vaşinqtonun Suriyada hava bazası Rusiya kimi ikiqat artmış olacaq.

Qeyd edək ki, Suriyadakı Tabqa ərazisi bir müddət əvvəl ABŞ Hava Qüvvələri Hava Nəqliyyat Komandanlığı tərəfindən bölgəyə buraxılan SDG tərəfindən ələ keçirilmişdi və dərhal sonra İncirlik-2 adlandırılmışdı. Mosulda İŞİD-ə qarşı İraq hərbi hücumlarını həyata keçirən ABŞ əmr mərkəzi isə Tabqanı Qayyarah-2 adlandırırdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26