Interposta.Info

Tu-22-lər İŞİD-i

Dünya
 23-01-2017, 18:01     853

Tu-22-lər İŞİD-i

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd Tu-22 uzaqmənzilli bombardman təyyarələri Suriyadakı İŞİD hədəflərinə hava zərbəsi endirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada təyyarələrin Rusiyadakı hərbi bazalardan havaya qalxdığı bildirilib:

“23 yanvar tarixində Rusiyadakı hərbi bazalardan havaya qalxan və İraq ilə İran hava sahəsindən keçən Tu-22 təyyarələri Deyr əz-Zor şəhərində fəaliyyət göstərən İŞİD terrorçularına məxsus sığınacaqları bombardman edib. Hücum zamanı terrorçuların silah və hərbi təchizat anbarları hədəfə alınıb”.

Bütün hədəflərin uğurla məhv edildiyini deyən nazirlik Su-30 və Su-35 qırıcılarının Tu-22-ləri müşayiət etdiyini bildirib.

Təyyarələr əməliyyatdan sonra Rusiyadakı bazalara geri qayıdıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26