Interposta.Info

Generaldan Ərdoğana çağırış:

Dünya
 10-05-2017, 19:33     716

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla görüşünü təxirə salmalıdır.

Axar.az xəbər verir ki, bunu “Aydınlıq” qəzetinə müsahibəsində Türkiyənin ehtiyatda olan generalı Bəyazid Qaradaş söyləyib.

“Əgər Ərdoğan bu addımı atmasa, Türkiyə üçün başlayacaq yeni sıxıntılı zamanda ölkənin qürurunu alçaldacaq. Qüruru alçaldılan türklər ABŞ-ın müttəfiqi ola bilməzlər. Əsgərimizin başına çuval keçirəcəksən, təhqir edəcəksən, PKK-ya ağır silah verəcəksən… Ərdoğan ABŞ səfərini ləğv etməlidir. Türkiyənin ABŞ-ın planlarında olmadığını illərdir söyləyirik. İncirlik bazasının qapadılması planı yenidən gündəmə gətirilməlidir”, – deyə o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26