Ərdoğan: Ya AB-yə tam üzvlük, ya da...
Biz Avropa Birliyinə tam üzvlük istəyirik, başqa variant bizi qane etmir.
Axar.az xəbər verir ki, bunu “La Stampa” qəzetinə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“AB öz vədlərini icra etməyə başlamalıdır. AB danışıqları bloklayır, sonra isə bizi inkişafın olmamasında günahlandırır. Bu ədalətsizlikdir. AB-yə üzvlükdən başqa heç bir variant bizim üçün qəbul edilən deyil. Biz Şərqdən gələn miqrantların qarşısını kəsən və AB-də təhlükəsizliyi təmin edən ölkəyik”, – deyə o bildirib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26