Səudiyyə Ərəbistanının Qaşıqçı işi üzrə izahı Türkiyəni qane etmir

Səudiyyə Ərəbistanının jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi işi üzrə izahı Türkiyəni qane etmir.
Bu barədə Aregentinanın paytaxtı Buenos-Ayresdə keçirilən G20 sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bildirib.
T.Ərdoğan deyib: "Biz baş verənləri alçaq qətl kimi qiymətləndiririk. Təəssüf ki, Səudiyyə Ərəbistanı bizə dəstək göstərmir.Əvvəlcə onun konsulluqdan getdiyi barədə yalanlar söyləndi. Onun öldürüldüyü barədə sübütlar var, bütün dünya ilə paylaşdığımız 7 dəqiqəlik audio var. Biz audioyazını ABŞ, Səudiyyə Ərəbistanı, İngiltərə - bütün istəyənlərə verdik. Mövcud izahlar bizi qane etmir"./trend
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26