Interposta.Info

Maykl Pompeo: “Camal Qaşıqçının itkin düşməsində əli olan yüksək səviyyəli məmurlar məsuliyyətə cəlb ediləcəklər”

Dünya
 17-10-2018, 14:52     10 308

“Jurnalistin itkin düşməsinin araşdırılması şəffaf olacaq, iştirakçılar, o cümlədən yüksək səviyyəli məmurlar da məsuliyyətə cəlb ediləcək”.

Bunu oktyabrın 17-də Ankarda Türkiyə rəhbərliyi ilə danışıqlar aparan ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.

O əlavə edib ki, rəsmi əl-Riyad Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda itkin düşən jurnalist Camal Qaşıqçı ilə bağlı məsələnin sonadək araşdırılmasında maraqlıdır: “Səudiyyə Ərəbistanı hadisədə əli olan hər kəsi həbs etməyi planlaşdırır”.

Qeyd edək ki, Maykl Pompeo Camal Qaşıqçının itkin düşməsi ilə bağlı məsələni oktyabrın 16-da Ər-Riyadda Səudiyyə Ərəbistanının kralı Salman və vəliəhd şazadə Məhəmməd ibn-Salmanla müzakirə edib. Oktyabrın 17-də isə o, Türkiyəyə səfərdə olub, Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çabuşoğlu ilə itkin düşən jurnalistlə bağlı məsələni müzakirə edib./report

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26