Interposta.Info

Bu bölgədə ikicinsiyyətli olmaq adi haldır -

Ölkə
 16-05-2017, 07:26     597

Antalyanın Gündoğmuş bölgəsinin Akyar məhəlləsində 12 adam ikicinsiyyətli (hermafrodit) olaraq, dünyaya gəlib.

Bu kəslərdən 3-ü kişi, 1-i isə qadın olmaq üçün əməliyyat etdirib. Qalanlar vəziyyətlərinin Allahın təqdiri olduğunu düşünub, cərraha müraciət etməyiblər.

Sənəddə qadın, ancaq görünüşləri ilə kişi olan iki nəfər 15 yaşına qədər qadın kimi yaşayıblar. Daha sonra onlar saçlarını kəsdirib qadın paltarlarını çıxardaraq kişi kimi yaşamağa davam ediblər.

Akyar məhəlləsində ikicinsli kəslərin çoxluğu diqqəti çəkir. Əvvəlcə onların sayı iki nəfər olub və bu hal qəribə qarşılanıb. Sonradan belə şəxslərin sayının artmasıyla bu vəziyyət adi hal kimi qarşılanıb. Məhəllədə bu günə qədər 12 adam ikicinsiyyətli olduqlarını çəkinmədən bildirilər. Daha iki nəfər cütcinsiyyətli şəxs isə vəfat edib. Məhəllədə yaşayanlar bu sayın daha çox olduğunu, ancaq bəzilərinin cinsini gizlətdiyini qeyd ediblər.

Həmin 12 nəfərdən 4-ü kəndlərində yaşamağa davam edir, qalanlardan 4-ü Alanyada, 2-i isə İstanbulda həyatlarına davam edir. İkicinsiyyətli kimi yaşamağa davam edən 72 yaşlı Aliyə ilə bacısı 69 yaşlı Əminə əvvəl qadın kimi yaşasalar da, indi hamı onları Əli və Emin deyə çağırır. Qardaşlar vəziyyətlərindən şikayətçi deyil. Onlar ailədə 7 uşaq olduqlarını, uşaqlardan yalnız ikisinin ikicinsli olduğunu bildiriblər. Özlərini kişi olaraq hiss etdiklərini ifadə edən qardaşlardan biri "Qabaqlar qadın paltarları geyərdik.

Saçımızmı belimizə qədər uzadardıq. 15 yaşında bədənimizdə dəyişikliklər meydana gəlincə, saçlarımızı kəsdirdik. Kişi paltarları geyindik. Bir çox yerə işə getdik. Türkiyənin hər yerində olduq. Hər kəs bizi kişi olaraq bilir”, - deyib.

İki cinsiyyətli olması səbəbiylə bir dəfə çətinlik yaşadığını dilə gətirən Əli "Bir dəfə polis məni saxladı. Sənədimə baxdılar, qadın yazılmışdı, üzdən isə kişi kimi görünürəm deyə, polis bölməsinə apardılar. Sonra vəziyyəti izah edincə hər şeyi anladılar”, - deyb./teleqraf.com

interposta.info
Bu bölgədə ikicinsiyyətli olmaq adi haldır -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26