Interposta.Info

Qadınlar kişilərdən yüksəkdirlər - DİM-dən açıqlama

Ölkə
 26-12-2019, 14:59     314

Dekabrın 22-də inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanında qadınların müvəffəqiyyət göstəriciləri kişilərə nisbətən yüksək olub.

Dövlət İmtahan Mərkəzindən (DİM) "İnterPosta.info"ya verilən məlumata görə, dekabrın 22-də inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanında iştirak üçün qeydiyyatdan keçən namizədlərin 1221 nəfəri kişi, 1046 nəfəri isə qadın olub.

Qeydiyyatdan keçən 1133 nəfər (qeydiyyatdan keçənlərin 92.8%-i) kişi namizəd, 966 nəfər (qeydiyyatdan keçənlərin 92.3%-i) qadın namizəd 20-34 yaş aralığındadır. Daha yuxarı 45-64 yaş aralığı üzrə 30 nəfər (17 kişi, 13 qadın) qeydiyyatdan keçmiş, onlardan 3 nəfər imtahanda uğur qazanıb.

Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən 757 nəfər (uğur əldə edənlərin 90.3%-i, 384 kişi və 373 qadın) 20 29 yaş aralığında olan namizədlərdir. 30-39 yaş aralığında isə 76 nəfər (42 kişi və 34 qadın) uğur qazanıb. İmtahanda uğur qazanan namizədlərdən 818 nəfər (97.6%) yaşı 34-ə qədər olan şəxslərdir.

Beləliklə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 2267 namizəddən 838 nəfəri (37.0%) müvəffəqiyyət əldə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26