Interposta.Info

Moskva məhkəməsində Bakı ilə bağlı qərar verildi

Ölkə
 15-05-2017, 19:48     1 111

Bu gün yerli vaxtla saat 14:00-da Moskvada Rusiya Ali Məhkəməsinin Plenumunda Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı məsələyə baxılıb.

Ümumrusiya Azərbaycanlıları Konqresindən Axar.az-a bildirildi ki, hələlik Plenumun qərarı ilə bağlı onlara məlumat verilməyib.

Rusiya Ali Məhkəməsinin mətbuat xidmətindən də AKPİ17-209 nömrəli iş üzrə sözügedən məhkəmə prosesinin keçirildiyi, məhkəmə qərarı barədə rəsmi məlumatın isə 16 mayda veriləcəyi qeyd edilib.

Xatırladaq ki, bu məhkəmə prosesi Azərbaycanda ciddi narahatlıqla izlənilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26