Interposta.Info

Rusiyadan bir gündə iki pis xəbər:

Dünya
 1-04-2017, 08:56     2 153

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bir tərəfdən APA agentliyinə bugünkü müsahibəsində deyir ki, Azərbaycan Moskvanın strateji tərəfdaşıdır, iki ölkə arasındakı əməkdaşlığa önəm verirlər, digər tərəfdən elə bu gün xəbər yayılır ki, Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi məsələsinə baxacaq. Məncə, bu tək Moskvadakı erməni lobbisi və onun təsiri altındakı yerli qrupların işi deyil.
Moskvada anti-Azərbaycan bloku formalaşıb, onlar hər yerdə var, Kremlin dəhlizlərindən tutmuş, Rusiyanın aparıcı televiziya kanallarındakı əsas şərhçilərə qədər olan simalar Ermənistan hakimiyyətini və Dağlıq Qarabağın işğalını dəstəkləyirlər. Bu mənada Rusiya-Azərbaycan münasibətlərinə də zərər vurmağa çalışırlar.

interposta.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu günün siyasi mənzərəsinə münasibət bildirərkən qeyd edib. Politoloq vurğulayıb ki, Ümumrusiya Azərbaycanlıları Konqresi sıradan bir qurum deyil:

“Birincisi, həmin təşkilat mərhum dövlət başçısı Heydər Əliyevin təşəbbüsü və Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılıb. İkincisi, bu təşkilatda Rusiyada yaşayan ən tanınmış azərbaycanlılar yer alıblar. Rəsmi Bakı hadisəyə birbaşa reaksiya verməsə də, hiss olunur ki, narahatdır. Təsadüfi deyil ki, gün ərzində bu, medianın başlıca xəbəri idi və məsələyə münasibət bildirənlər arasında hakim partiyanın deputatları da var idi. Rəsmi Bakı Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə seyrçi qala bilməz, bu halda Kremllə münasibətlərin strategiyasına yenidən göz gəzdirilməlidir. Elə neçə vaxtdır, Azərbaycanın kənd təssərrüfatı məhsullarına da Rusiya bazarı qapalıdır, sərhəddə böyük növbə yaranıb. Bu qədər “təsadüf” olmaz...”/axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26