Interposta.Info

Əgər Rusiya Bakıya qarşı buna da izn versə... – Təxribat

Gündəm
 23-05-2017, 11:26     1 000

Moskvanın Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi qərarının bu ölkədəki erməni lobbisinin iştahasını artıracağını proqnozlaşdırmışdım. Növbəti təxribata hazırlaşırlar, ermənilər Rusiyanın Kursk şəhərində Azərbaycanın Respublika Günündə - 28 Mayda “Şuşanın azad olunmasının 25 illiyi” adlı təxribat xarakterli aksiya və “bayram konserti” planlaşdırıblar. Erməni gənclər məsələni artıq rəsmi qurumlarla razılaşdırdıqlarını bəyan ediblər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Olaya münasibət bildirən politoloq qeyd edib ki, əgər Rusiyanın müvafiq orqanları buna da icazə versələr, demək anti-Azərbaycan kursunu davam etdirməkdə israrlıdırlar:

“Görəsən, Bakıda 22 iyunda “SSRİ-ni kommunizm işğalından qurtarmaq məqsədilə Almaniyanın Rusiyaya qarşı başlatdığı azadlıq müharibəsinin ildönümü” adlı tədbir düzənlənsə, Rusiya hakimiyyətinin və cəmiyyətinin xoşuna gələr?”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26