Interposta.Info

Ərşad Hüseynov:

Ölkə
 5-05-2017, 15:28     868

interposta.info bildirir ki, Ərşad Hüseynov öz Facebook hesabınd 14 yaşlı uşağın avtomobil sürüb qəza törətməsinə dair fikirini belə bildirdi!
14 yaşlı uşağın avtomobil sürüb qəza törətməsi və adam öldürməsi hadisəsi rezonans doğurmalıydı...


Soruşurlar ki, onun və ona avtomobil verənin məsuliyyəti necə olacaq?

Qısaca deyək ki, hər ikisinin cinayət məsuliyyəti istisna olunur. Amma bizim qanunvericilik həmin uşağın qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsini nəzərdə tutur. Bu mümkündür.
Amma açığı, mən bilmirəm ki, bizdə belə müəssisə var, ya yox? Varsa, kağızdadır, ya realdır?

Maşını ona verənin təqsiri, özü də qəsdi, yəni avtomobili bilərəkdən verdiyi sübut edilsə, cəmi 180 manat inzibati cəriməsi var (İXM-in 335.3-cü maddəsi).
Amma həmin adam bu əmələ görə mülki məsuliyyətdən (zərərin əvəzini və kompensasiya ödəmək) qaça bilməyəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26