Interposta.Info

Yol polisi 12 yaşlı uşağın magistral yolda avtomobil idarə etməsinə münasibət bildirdi (VİDEO)

Müxtəlif
 11-12-2021, 10:08     312

Bakı-Qazax yolunda 12 yaşlı uşaq avtomobil idarə edib.

Dövlət Yol Polisi əməkdaşları tərəfindən videomüşahidə kameraları vasitəsilə yollara nəzarət zamanı Bakı-Qazax magistral yolunda hərəkətdə olan "VAZ 21723” markalı nəqliyyat vasitəsi diqqət çəkib. Sükan arxasında azyaşlının olduğuna dair şübhələr yaranıb və həmin avtomobil Kürdəmir rayonu ərazisində yerləşən stasionar postda yol-patrul xidməti əməkdaşları tərəfindən dayandırılıb. Məlum olub ki, avtomobili həqiqətən də 12 yaşlı uşaq idarə edib. Uşağın atası ilə profilaktiki söhbətlər aparılıb və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Valideyn özü də yol verdiyi əməldən peşmanlığını ifadə edib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Piriyev Xezerxeber.az-a deyib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də sükan arxasında yetkinlik yaşına çatmayan uşaqlara rast gəlinir.

Bəzi valideynlər buna icazə verməklə öz övladları ilə yanaşı digər şəxslər üçün də böyük təhlükəyə yol açırlar.

Xatırladaq ki dekbarın 5-də Gəncə şəhərində 16 yaşlı məktəbli idarə etdiyi avtomobillə dəhşətli qəzaya səbəb olmuşdu. Hadisə nəticəsəində məktəbli ilə yanaşı onun avtomobillə vurduğu 13 yaşlı piyada dünyasını dəyişmişdi, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

Bu faktda da bir daha onu göstərir ki, bəzi hallarda valideynlərin məsuliyyətsiz davranışı ağır qəzalarla nəticələnir.

Namidan Piriyev vurğulayıb ki, belə hallara qətiyyən yol vermək olmaz. Bu əməllər qanunla qadağan olunur, məsuliyyət yaradır və eyni zamanda bütün hərəkət iştirakçıları üçün ciddi təhlükə deməkdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26