Interposta.Info

Evli cütlük əkiz çıxdı –

Ölkə
 16-04-2017, 07:35     903

ABŞ-ın Mississipi ştatında təbii yolla uşaq sahibi ola bilməyən cütlük klinikada DNT analizi verərkən, onların bioloji cəhətdən əkiz olduqları meydana çıxıb.

Yayılan xəbərə görə klinikanın doktoru: “Adətən genetik keçmişlərinin profilini araşdırmaq üçün qadın və kişidən DNT analizi götürürük. Başqa vaxtı iki nəfər arasında ilişki olub-olmadığına baxmırıq. Ancaq bu dəfə laboratoriya əməkdaşları iki profildəki bənzərliyi görüncə şok oldular” - deyə, bildirib.

Xəstələrin dosyelərinə nəzər salan doktor 1984-cü ildə doğulan cütlüyün doğum günlərinin də eyni olduğunu görüncə, cütlüyün əkiz olduğunu anlayıb.

“Siz əkizmisiniz” - soran doktor, cavabında cütlükdən qəhqəhə eşidib.

Adları açıqlanmayan cütlük dostlarının da eyni doğum gününü paylaşdıqlarına görə onlara bu cür zarafatlar etdiklərini deyiblər. Amma onlar bunun bir təsadüf olduğunu düşünürmüşlər.

Doktor əkiz olduqlarını sübut edən analizin cavablarını onlara təqdim edəndə cütlük heyrətdən sarsılıb və nə edəcəklərini bilməyiblər.

AİLƏLƏRİ AVTOMOBİL QƏZASINDA ÖLÜBLƏR...

Xəbərə görə universitetdə tanış olan və biri-birlərini sevən cütlük bioloji ana və atalarının avtomobil qəzasında həyatlarını itirdiklərindən ayrı-ayrı ailələrə övladlığa veriliblər. /Moderator.az

Ailələr isə heç biri uşaqlara əkiz olduqlarını bildirməyiblər.

Doktor evli cütlüyün birlikdə gələcək planlamaya davam etdiyini söyləyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26