Interposta.Info

1238 əkiz, 36 üçəm doğulub

Ölkə
 17-07-2019, 10:41     10 287

Bu ilin 5 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 254 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən "İnterPosta.info"-ya verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,7) qalıb.

Körpələrdən 1238-i əkiz, 36-sı isə üçəm doğulanlardır.

Bundan başqa, bu ilin yanvar-may aylarında ölkədə 24 690 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2-dən 6,0-a düşüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26