Interposta.Info

Azərbaycanda şok hadisə:

Ölkə
 13-04-2017, 07:22     411

30 yaşlı xanım iddia edir ki, 5 il ərzində sevgili olduğu oğlan ona ümid verib, sonra onunla evlənməyib.

interposta.info
Xezerxeber-ə istinadən xəbər verir ki, xanım hesab edir ki, bu hərəkətinə görə, keçmiş sevgilisi məsuliyyətə cəlb olunmalıdır. Çünki sevdiyi oğlandan ayrıldıqdan sonra ailə həyatı qura bilmir. Buna görə də, hüquqlarının bərpa olunmasını istəyir.

Qadin deyir ki, sevgilisinin ailəsi ilə yaxşı münasibətləri olub. Anası onların evlənməsinə razı imiş.

Məsələyə peşəkar münasibətə gəlincə isə, hüquqşünas Xəyal Bəşirov bildirdi ki, Ailə Məcəlləsinə görə evlilik könüllü prinsiplər əsasında həyata keçirilir. Kimsə nikaha girməkdən vaz keçirsə, buna görə həmin şəxsin məsuliyyətə cəlb edilməsi doğru deyil.

Hüquqşünas bildirir ki, indiki halda qadın məhkəməyə şərəf və ləyaqətinin alçaldılması iddiası ilə müraciət edə bilər. Amma belə hallarda iddianı sübut etmək də çətin olur

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26