Interposta.Info

Azərbaycanda ŞOK OLAY — Ərə getməyən qız keçmiş sevgilisini məhkəməyə verir

Ölkə
 12-04-2017, 21:55     451

30 yaşlı Bakı sakini iddia edir ki, beş il ərzində sevgili olduğu oğlan ona ümid verib, sonra onunla evlənməyib. Xanım hesab edir ki, bu hərəkətinə görə, keçmiş sevgilisi məsuliyyətə cəlb olunmalıdır. Sevdiyi oğlandan ayrıldıqdan sonra ailə həyatı qura bilməyən qız hüquqlarının bərpa olunmasını istəyir.
interposta.info
-ın məlumatına görə, Xəzər TV-yə müraciət edən qadın sevgilisinin ailəsi ilə yaxşı münasibətdə olduğunu deyib.

Hüquqşünas Xəyal Bəşirov bildirib ki, Ailə Məcəlləsinə əsasən, evlilik könüllü prinsiplər əsasında həyata keçirilir, və kimsə nikaha daxil olmaqdan vaz keçirsə, buna görə həmin şəxsin məsuliyyətə cəlb edilməsi doğru deyil.

Hüquqşünas qeyd edib ki, indiki halda qadın məhkəməyə şərəf və ləyaqətinin alçaldılması iddiası ilə müraciət edə bilər, lakin belə hallarda iddianı sübut etmək çətin olur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26