Interposta.Info

"Azərbaycanda idman jurnalistikası inkişaf edir"

Ölkə
 4-04-2017, 21:46     758

Aprelin 3-də Azərbaycanın tanınmış idman jurnalisti - "CBC Sport" telekanalının Xəbərlər Departamentinin şef-redaktoru peşəkar şərhçi Rövşən Binnətli, BSU-nun Azərbayacan filologiyası və jurnalistikası fakültəsində jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin qonağı olub.

interposta.info xəbər verir ki, tələbələrin istəyilə görüşə təşrif buyuran peşəkar şərhçi, jurnalistika kafedrasının dosenti Tofiq Yusifovun tədris etdiyi "İdman jurnalistikası" dərsində Azərbaycanda idmanın inkişafından, idman jurnalistikasının dünənindən və bu günündən geniş söhbət açıb, gələcək jurnalistlərin coxsaylı suallarını cavablandırıb.


O, bildirib ki, Azərbaycanda idmana böyük qayğı olduğundan idman jurnalistikası da getdikcə inkişaf edir, gənc nəslin timsalında savadlı şərhçilər yetişir.

Görüşün sonunda Tofiq müəllim və tələbələr Rövşən Binnətliyə təşəkkürünü bildirib, xatirə şəkili çəkdiriblər.

Mübariz Əhmədov, Jurnalistika kafedrasının dosenti

interposta.info
"Azərbaycanda idman jurnalistikası inkişaf edir"
"Azərbaycanda idman jurnalistikası inkişaf edir"
"Azərbaycanda idman jurnalistikası inkişaf edir"

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26