Interposta.Info

Azərbaycanda daha bir telekanalın rəhbəri dəyişdi

Ölkə
 12-02-2019, 16:25     10 515

"İdman-Azərbaycan” telekanalının rəhbərliyində dəyişiklik baş verib.

İnterPosta.info
strateq.az-a istinadən xəbər verir ki, AzTV sədrinin səlahiyyətlərini icra edən Rövşən Məmmədovun sərəncamı ilə tanınmış idman şərhçisi Siyavuş Əliyev "İdman-Azərbaycan” telekanalının direktor əvəzi təyin olunub.

Əliyev açıqlamasında xəbəri təsdiqləyib.

Qeyd edək ki, bu ay "İdman-Azərbaycan”ın yaradılmasının 10 ili tamam olub. Əliyev telekanal yaranan ilk günlərdən orada fəaliyyət göstərir. İndiyədək "İdman-Azərbaycan”ın direktor əvəzi Fərman Orucov idi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26