Interposta.Info

Bu şəxslər ermənilərlə birləşib

Ölkə
 10-03-2017, 12:42     456

Bu şəxslər ermənilərlə birləşib
Kolimiyada keçirilən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) İdarə Heyətinin 36-cı toplantısında Azərbaycan dövlətinin qurumda fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edilib.

Bununla bağlı Axar.az-a BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib. N.Orduxanlı MSŞT İdarə Heyətinin belə bir qərar qəbul etməsindən təəssüfünü bildirib:

“Dünən Kolumbiyada Azərbaycanla bağlı müzakirəyə yekun vuruldu və MSŞT İdarə Heyəti belə qərara gəldi ki, Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbübsündəki (MSŞT) fəaliyyəti dayandırılsını. Bu qərarın verilməsinin səbəbi erməni diasporu ilə daxilimizdə olan milli satqınların birgə əməyinin nəticəsidir. İki gün bundan qabaq Azərbaycanda fəaliyyyət göstərən və MSŞT üzvü olan 29 QHT sədri MSŞT İdarə Heyətinə müraciət etmişdi ki, Azərbaycan qurumdan tam uzaqlaşdırılsın. Bütün bunlara Xədicə İsmayıl rəhbərlik edirdi. Bunların tələbi o idi ki, Azərbaycan dövləti bütövlükdə qurumun üzvlüyündən kənarlaşdırılsın”.

N.Orduxanlı vurğulayıb ki, bu gün Azərbaycanın beynəlxalq təşkilatlardan uzaqlaşdırılmasını istəyən və bu yöndə çox güclü işlər aparan erməni diasporu və lobbisidir:

“Bu günə kimi ermənilər Azərbaycanın AŞPA-dan və bir sıra qurumlardan çıxarılması ilə bağlı cəhdlər göstəriblər. Və bütün imkanlarını səfərbər edib, düşmənçilik siyasətini davam etdirirlər. Bunlar bir sıra beynəlxlaq təşkilatların əli ilə daxili satqınlarımızdan da çox məharətlə istifadə edirlər. Bir müddət əvvəl ermənilər Azərbaycanda fəaliyyət göstərən bəlli şəbəkənin vasitəsi ilə Avropa İttifaqının rəhbərliyinə də müraciət etmişdilər. Sözügedən müraciətə imza atan şəxslər haqda artıq ictimaiyyətə məlumat vermişik. Bəllidir ki, bu prosesə kifayət qədər maliyə də ayrılıb. Maliyyənin idarə olunması da Xədicə İsmayılın nəzarətindədir. QHT sədrləri var ki, Xədicə İsmayıldan qorxur və onun tapşırıqlarını canla-başla yerinə yetirir. Hətta Azərbaycanın xeyrinə atdığı imzadan belə X.İsmayılın təkidi ilə imtina edir. MSŞT-da Azərbaycanla bağlı qərardan dərhal sonra Ermənistanı MSŞT-yə üzv qəbul edildi. Və artıq Ermənistan MSŞT-nin 52-ci üzv dövləti oldu. Təsəvvür edin, bundan sonra Ermənistan EİTİ-yə üzvi kimi Azərbaycanın işğal olunmuş ərazilərilə bağlı hesabat verəcək. Erməni şəbəkəsinin üzvü olan daxili satqınlarımız bunu çox yaxşı bilirlər. Artıq dünəndən ermənilər bunu bayram edir. Həm özləri quruma üzv oldular, həm də Azərbaycanın Mədən Sənayesində Şəffaglıq Təşəbüsündəki fəaliyyətini dayandırmağı bacardılar. 2017-ci ilin iyul ayında da Azərbaycanın tam üzvülükdən azad edilməsi məsələsinə baxılacaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26