Interposta.Info

Azərbaycan

Gündəm
 1-02-2017, 16:14     545

Azərbaycan
Azərbaycan dövləti üçün böyük əhəmiyyəti olan, yüzdən çox Vətəndaş Cəmiyyəti İnstitutunun üzv olduğu və beynəlxalq nüfuza malik “Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) Koalisiyası Azərbaycan Avropa Hərəkatının namizədliyini dəyərləndirib. Gizli səsvermə yolu ilə həyata keçirilən seçkilər nəticəsində Ramin Hacılı təmsilçi olmaqla Azərbaycan Avropa Hərəkatı Koalisiyaya üzv kimi qəbul olunub.

interposta.info xəbər verir ki, hərəkatın prezidenti Ramin Hacılı məsələyə münasibət bildirərkən musavat.com-a bunları deyib: “Ölkə rəhbərliyininin də xüsusi diqqət ayırdığı qurumlardan olan MSŞA Azərbaycanda inkişaf etməkdədir. Düşünürəm ki, xüsusilə İdarə Heyətinin sədri Fredrik Reyfeldin ölkəmizə səfəri ərəfəsində Koalisiyanın Azərbaycanda canlanması dövlətimizə əlavə nüfuz gətrəcək”.

Qeyd edək ki, 14 ildir koalisiya üzvü olan Azərbaycan koalisiyanın İdarə Heyəti ilə sıx əməkdaşlıq içindədir. Təsadüfü deyil ki, 1 - 2 fevral tarixlərindən İdarə Heyətinin sədri Fredrik Reyfeldin ölkəmizə səfəri zamanı dövlət başçısı ilə görüşü nəzərdə tutulub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26