Interposta.Info

9 prokuror

Ölkə
 4-02-2017, 18:53     1 002

9 prokuror

Prokurorluq orqanlarında ciddi tələbkarlıq şəraitinin formalaşdırılması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlərin nəticəsi olaraq, 2016-cı ildə icra və əmək intizamının pozuntusuna, işində və xidmətdən kənar fəaliyyətində kobud qanunsuzluqlara yol verdiklərinə görə 58 əməkdaş intizam məsuliyyətinə cəlb edilməklə, prokurorluq işçisinə yaraşmayan və prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə 9 əməkdaş prokurorluq orqanlarından xaric olunub.

Trend-in məlumatına görə, bu barədə Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə bu gün keçirilən prokurorluq orqanları tərəfindən 2016-cı ildə “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında bildirilib.

İclasda qeyd olunub ki, Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının müvafiq qurumları, habelə bütün strukturların rəhbərləri və tabe prokurorlardan, bundan sonra da neqativ təzahürlərə qarşı barışmaz mübarizə xəttinin qətiyyətlə davam etdirilməsi, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi məsələlərində prinsipiallığın daha da artırılması tələb edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26