Interposta.Info

Nazir 52 polisi işdən qovdu –

Ölkə
 28-01-2017, 10:44     873

Nazir 52 polisi işdən qovdu –
Vətəndaşları əsassız olaraq polisə gətirdiklərinə, saxladıqlarına, məsuliyyətə cəlb etdiklərinə, qanunsuz axtarış apardıqlarına, sürücülərin hüquqlarını pozduqlarına, kobud rəftara yol verdiklərinə və s. qəbahətlərə görə 2016-cı ildə 350 əməkdaş intizam qaydasında cəzalandırılıb.

Axar.az xəbər verir ki, bu sözləri yanvarın 27-də Daxili İşlər Nazirliyində 2016-cı ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasnda Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov deyib.

“Cəzalandırılanlardan 52 nəfəri xidmətdən xaric edilib, 42-si tutduğu vəzifədən azad olunub, 256 əməkdaşa digər intizam tənbehləri verilib”, - deyə nazir vurğulayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26