Interposta.Info

DTX və DİN xalqa hesabat verir, digər nazirliklər niyə gizlədir? -

Paradoks
 29-01-2017, 11:50     1 442

DTX və DİN xalqa hesabat verir, digər nazirliklər niyə gizlədir? -

Azərbaycanda Dövlət Təhlükəsizlik Xidmətinin silahlı şəxsə qarşı apardığı xüsusi əməliyyatın təfərrüatı məlum olub. Əməliyyat Bakıda "Kaktus" restoranının yaxınlığında aparılıb.
Dəfələrlə təslim olması təklif edilsə də, Ceyhun Ocaqov silahlı müqavimət göstərərək "Makarov" markalı tapançadan atəş açıb. Cavab atəşi zamanı ekstremist məhv edilib.

Digər bir məlumat - Daxili İşlər Nazirliyində keçirilmiş kollegiya iclasında bildirilib ki, qəbahətlərə görə 350 əməkdaş intizam qaydasında cəzalandırılıb, onlardan 52 nəfəri xidmətdən xaric edilib, 42-si tutduğu vəzifədən azad olunub, 256 əməkdaşa digər intizam tənbehləri verilib.

Ölkənin iki güc strukturu olan nazirliklərin fəaliyyəti göz qabağındadır və kifayət qədər şəffafdır.

DTX və DİN ictimaiyyətə hesabat verir, statistikanı açıqlayır və həm müsbət, həm mənfi halları açıqlayır. Təəssüf ki, digər nazirliklərin hamısı haqda bu sözləri söyləmək olmur.

Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Nəqliyyat Nazirliyi ictimaiyyətdən əməllərini gizlədir.

Xalqa hesabat verən və mətbuatda ictimailəşdirən DİN və DTX-nın fəaliyyəti cəmiyyətdə bir etimad, arxayınlıq, inam yaradır. İnsanlar təhlükəsizliklərinin təminatı olduğunu, bu iki güc strukturuna etibar etməli olduqlarını görürlər.

Faktiki olaraq restoranın yanında silahlı bir terrorçu zərərsizləşdirilir və ətrafdakıları narahat etmir, eləcə də polis sistemində şəffaflıq təmin olunur, nöqsana yol verənlər cəzalandırılır.

interposta.info Politika.Az istinadən xəbər verir ki, yuxarıda sadalanan nazirliklər isə xalqdan fəaliyyətini gizlədir. İndiyə qədər nə, Nəqliyyat Nazirliyi, nə Kənd Təsərrüfatı Nazirliyi, nə də digərləri bu şəkildə açıq fəaliyyət göstəriblər.

Dünyanı və regionu, eləcə də Yaxın Şərqi silkələyən terror, qan, marginal qrupların təhdidləri qapımızın ağzındadır

Ölkəmizdəki sabitlik və əmin-amanlıq bəzi xarici dairələri və onların təsiri altında olan ekstremist təşkilatları narahat etməkdədir.

Müxtəlif qanunsuz silahlı birləşmələr, radikal dini təriqət üzvləri, onları maliyyələşdirən qüvvələr zaman-zaman Azərbaycanı təhdid edib.

Lakin ölkəmizin xüsusi xidmət orqanlarının, hüquq-mühafizə strukturlarının ayıq-sayıqlığı, peşəkarlığı sayəsində xaosa, iştişaşa, terrora imkan verilməyib, sabitlik təmin edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26