Interposta.Info

DTX-nın xüsusi qrupu Gəncədə terrorçunu məhv edib -

Gündəm
 28-07-2018, 22:55     10 431

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi əməliyyat qrupu iyulun 10-da Gəncə şəhərindəki iğtişaşlarda fəal iştirak etmiş daha bir terrorçunu məhv edib

Bu barədə virtualaz.org-a öz mənbələrindən məlumat daxil olub.

Zərəsizləşdirilən radikal dini yönümlü qrupun fəal üzvlərindən olan Səmədov Fuad Tofiq oğludur.

DTX-nın xüsusi əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı F.Səmədovun Samux şəhərində gizləndiyi yer müəyyən edilib. Saxlanılarkən o, silahlı müqavimət göstərib və cavab atəşi ilə məhv edilib.

Bildirilir ki, hadisə yerində F.Səmədovun üzərindən "Makarov" tipli tapança aşkar edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26