Interposta.Info

Bakıda xüsusi əməliyyat -

Gündəm
 27-01-2017, 23:59     839

Bakıda xüsusi əməliyyat -

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən dini ekstremizmdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Ocaqov Ceyhun İslam oğlunun tutulması üçün 2017-cı il yanvarın 26-da xüsusi əməliyyat keçirilib.

Bu barədə AzVision.az-a Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, əməliyyat zamanı C.Ocaqov silahlı müqavimət göstərərkən cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silahdan istifadə edilməklə məhv edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26