Interposta.Info

“O bədbəxtlər elə bilirlər, bitdi...” -

Ölkə
 2-02-2017, 12:37     1 442

“O bədbəxtlər elə bilirlər, bitdi...” -
Ötən il fəaliyyətinə xitam verilən ANS şirkətlər qrupunun vitse-prezidenti Mir Şahin Ağayev maraqlı açıqlama ilə çıxış edib.

interposta.info
xəbər verir ki, jurnalist Facebook səhifəsində ANS-in bağlanması ilə bağlı müsbət fikirdə olanları tənqid edib və telekanalın yenidən fəaliyyətə başlayacağına dair mesaj verib: "ANS yenə də göstərir. Dostları və düşmənləri! Dostlardan danışmayacağam, amma nə qədər qarğa-quzğun var imiş, ilahi! Heç demə bizim gözlərimizmiş onları göyərçin gözündə görən.

Yəni ANS-i qaralayan bu bədbəxtlər doğrudan inanırlar ki, vəssalam?! Bitdi?! Ayy, ayy, ayy! Tələsmək lazım deyil. ANS elə dəyərdir ki, zaman keçdikcə müqəddəsləşəcək. Abu Lahab olmayın. Bəzən başa atılan çirkablar düşdüyü başı sonradan and yerinə çevirir. Başı batırmayın. Çünki sonra bu başı elə özünüz öpüb, gözünüzün üstdə qoyacaqsınız!”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26