Interposta.Info

Mir Şahin Ağayev bu telekanala rəhbər gətirilir

Gündəm
 10-11-2017, 15:40     10 524

Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mir Şahin Ağayev CBC TV-YƏ (“Caspian Broadcasting Company”) rəhbər vəzifəyə gətirilir.

interposta.info bildirir ki, “Ölkə.Az”ın əldə etdiyi məlumata görə, hələlik Mir Şahin Ağayev təsisçilər tərəfindən edilən təklifə müsbət cavab verməyib.

Məlumata görə, CBC TV rəhbərliyi Mir Şahin Ağayevin adı çəkilən telekanala gətirilməsində israrlıdır.
“Hazırda CBC TV rəhbrəliyi ilə Mir Şahin Ağayev arasında danışıqlar gedir” – deyə əldə etdiyimiz məlumatda qeyd olunur.

Məsələ ilə bağlı Mir Şahin Ağayevlə də telefon əlaqəsi saxladıq. O, bu barədə danışmaq istəmədiyini bildirdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26