Interposta.Info

40 min yaşı olan canavar başı tapıldı – VİDEO

Müxtəlif
 24-06-2019, 18:28     10 529

Rusiya Federasiyasının tərkibindəki Saxa Respublikasında 40 mindən çox yaşı olan heyvan başı tapılıb.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, Yakutiya sakini Pavel Yefimov Sibirdə Tirextyax çayının hövzəsində 40 min ildən çox yaşı olan canavar başı tapıb.

Qarın altında qalan canavar başının beyni, dişləri, xəzi və yumşaq toxumaları olduğu kimi qalıb.

Lakin heyvanın gözləri yoxdur. Tapılmış baş müasir canavarın başından daha böyükdür.

Heyvanın kəlləsi araşdırmaq üçün araşdırmalara başlanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26