Interposta.Info

Qaxda 5 otaqlı ev yandı –

Ölkə
 30-01-2017, 17:52     605

 Qaxda 5 otaqlı ev yandı –

Bu gün səhər saatlarında Qaxda fərdi yaşayış evində yanğın qeydə alınıb.

ARB TV xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində Eqnate Barixaşvili Arsenoviçə məxsus ümumi sahəsi 168 kv/m olan kürsülü,5 otaqlı evdə baş verib.

Hadisə yerinə gələn Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti evin təmamilə yanmasının qarşısını alıb. Yanğın nəticəsində evin 1 otağının tavan və çardaq hissəsi 40 kv-metr sahədə yanıb. Digər otaqlar, həyətdə olan yardımçı tikili yanğından mühafizə olunub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Yanğının odun sobasından düşən od nəticəsində baş verməsi ehtimal olunur.

Faktla bağlı Qax rayon DYMH-də araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26