Interposta.Info

4 otaqlı ev əşyalarla birlikdə kül oldu - VİDEO

Ölkə
 1-04-2017, 15:50     422

Zaqatalada yaşayış evi yanıb.

ARB Şəki xəbər verir ki, hadisə axşam saatlarında rayonun Əliabad qəsəbəsində, Azi Uveys qızı Ramazanovaya məxsus 4 otaqlı evdə baş verib.

Əraziyə FHN-nin Zaqatala rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində ümumi sahəsi 120 kv/m olan kürsülü, birmərtəbəli evin çardağının yanar konstruksiyaları və 2 otağın tavanı əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

interposta.info xəbər verir ki, faktla bağlı araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26