Interposta.Info

Putinə görə

Ölkə
 13-01-2017, 08:11     602

Putinə görə

Rusiyada yaşayan tacikistanlı ailə Rəsul adlı 2 yaşlı oğlunun adını dəyişərək Putin qoyub.

Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Çuqayevlər ailəsinin bu addımı ölkədə böyük maraq doğurub. Məlum olub ki, uşağın adı babasının göstərişi ilə dəyişdirilib. Mətbuata açıqlama verən baba bu addımı Rusiya prezidentinə olan sevgisindən irəli gələrək atdığını deyib.

“Vladimir Putin mənim üçün dünyada bir nömrəli şəxsiyyətdir. O, güclü, ağıllı və çox savadlı adamdır. Nəvəmin xarici görüşünü ona bənzəyir. İstəyərəm ki, nəvəm də Putin kimi tarixi şəxsiyyət olsun”, -deyə baba vurğulayıb.

Qeyd edək ki, Rəsul Çuqayevin adı rəsmi şəkildə dəyişdirilərək şəxsiyyətini təsdiq edən sənəddə Putin Çuqayev kimi yazılıb.

interposta.info
Putinə görə

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26