Interposta.Info

Putinin qardaşı doğuldu -

Dünya
 30-01-2017, 07:33     901

Putinin qardaşı doğuldu -

Rusiyanın Vladimirski bölgəsində yaşayan ailənin yeni doğulan körpəsinə Şoyqu adı verilib.

Axar.az RİA-ya istinadla xəbər verir ki, uşağın tam adı Şoyqu Xurmedoviç Curayevdir. Sözügedən ailə bir müddət öncə Rəsul adlı övladlarının adını Rusiya prezidentinin şərəfinə Putinə dəyişiblərmiş. Beləliklə, Putin və Şoyqu qardaş olaraq bir ailədə böyüyür.

Yerli medianın xəbərinə görə, Şoyqu adını Rusiyanın müdafiə nazirinin şərəfinə baba – Rahmon Curayev seçib. Baba deyib ki, hazırkı nazir onun şərəfinə övlada ad qoymağa layiqdir.

Curayevlər ailəsi Tacikistandan köçüb və hazırda Rusiya vətəndaşıdırlar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26