Interposta.Info

Qrant layihə narkomaniyaya yox deyir! - "Yaradıcı Gənclərə Dəstək İctimai Birliyi“ + FOTO

Müxtəlif
 15-04-2022, 00:25     406

"Yaradıcı Gənclərə Dəstək" İctimai Birliyi “Gənclik narkomaniyaya yox deyir!” Qrant layihəsi çərcivəsində növbəti təlimini Ağdamda keçirib.

"İnterPosta" xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Yaradıcı Gənclərə Dəstək" İctimai Birliyinin təşkilatçılığı və Ağdam Rayon Gənclər və İdman İdarəsinin yaxından köməkliyi ilə “Gənclik narkomaniyaya yox deyir!” layihəsi çərçivəsində 14 aprel 2022-ci il tarixdə Ağdam rayonu, Quzanlı qəsəbəsində Ağdam Musiqi Kollecində 25 nəfər gəncin iştirakı ilə təlim kursu keçirilmişdir.

Təlimdə Ağdam Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Anar Əsgərov, Ağdam Musiqi Kollecinin Tələbə Gənclər Təşkilatının sədr müavini Elmidar Həsənov iştirak etmişdir.

Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Anar Əsgərov çıxış edərək, layihənin əhəmiyyətindən, narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Bildirib ki, narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq, eləcə də digər mənfi halların yaranmasına zəmin yaradır və bu səbəbdən də Azərbaycanda narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin əsas məsələlərindən biri hesab olunur.

Çıxış edən natiqlər qeyd ediblər ki, son illər respublikamızda narkotik vasitələrinə qarşı mübarizə xeyli güclənmiş, narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi hesab edilərək bu haqda ayrı-ayrı illərdə Ölkə başçısı tərəfindən müvafiq Fərman və Sərəncamlar imzalanmış-Qanun və Proqramlar qəbul edilmişdir. Bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatlar da fəallığını xeyli artırmışdırlar. Bununla yanaşı narkomaniyaya qarşı mübarizə üzrə maarifləndirmə işlərinin səviyyəsi də artırmişdir.

Sonda layihə haqqında geniş məlumat vermək üçün söz təlimçi Rasif Qaçayevə verilmişdir. Rasif müəllim layihə çərçivəsində gənclərin maariflənməsi məqsədilə mövzu haqqında ətraflı söhbətlər aparmışdır. Tədbir zamanı narkomaniyaya aid hazırlanmış bukletlər, üzərində Agentliyin və İctimai Birliyin loqosunu əks etdirən köynəklər, qeyd kitabçaları, qələmlər və qovluqlar tədbir iştirakçıları arasında paylanılmışdır.

İnterPosta.info "Yaradıcı Gənclərə Dəstək İctimai Birliyi"nə bu mövzuda informasiya dəstəyi verməyə davam edəcək – bizi izləyin.









Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26