Interposta.Info

"Yaradıcı Gənclərə Dəstək" İctimai Birliyi “Gənclik  narkomaniyaya yox deyir!” - Layihə çərcivəsində təlimlərə başlanıb (FOTOLAR)

Müxtəlif
 6-04-2022, 23:12     3 594

"Yaradıcı Gənclərə Dəstək" İctimai Birliyi “Gənclik narkomaniyaya yox deyir!” Qrant layihəsi çərcivəsində təlimlərə başladı.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Yaradıcı Gənclərə Dəstək" İctimai Birliyinin təşkilatçılığı və Laçın Rayon Gənclər və İdman İdarəsinin yaxından köməkliyi ilə “Gənclik narkomaniyaya yox deyir!” layihəsi çərçivəsində 06 aprel 2022-ci il tarixdə Ağcabədi rayonu, Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbdə 30 nəfər laçınlı gəncin iştirakı üçün təlim kursları keçirilmişdir.
Təlimdə Laçın Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayev, Laçın Rayon Polis Şöbəsinin azyaşlılar üzrə inspektoru Veysəl Allahverənzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Taxtakörpü qəsəbə tam orta məktəbin direktoru Şəbnəm Uğurlu, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
Tədbirdəki çıxışlar zamanı gənclər arasında maarifləndirmə, təbliğat işlərinin düzgün və səmərəli qurulmasının vacibliyi vurğulanmışdır. Narkomaniya və onun törətdiyi dəhşətli faciələr və xəstəliklər barədə gənclərə məlumatlar verilmiş, gənclər arasında sağlam həyat tərzi təbliğ olunmuşdur.
Daha sonra layihə haqqında geniş məlumat vermək üçün söz təlimçi Rasif Qaçayevə verilmişdir. Rasif müəllim layihə çərçivəsində gənclərin maariflənməsi məqsədilə mövzu haqqında ətraflı söhbətlər aparmışdır. Tədbir zamanı narkomaniyaya aid hazırlanmış bukletlər, üzərində Agentliyin və İctimai Birliyin loqosunu əks etdirən köynəklər, qeyd kitabçaları, qələmlər və qovluqlar tədbir iştirakçıları arasında paylanılmışdır.
Layihə çərçivəsində növbəti təlimlər Ağcabədi, Ağdam və Xocavənd rayonlarında keçiriləcəkdir.

İnterPosta.info






Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26