Interposta.Info

"Yaradıcı Gənclərə Dəstək" İctimai Birliyi “Gənclik  narkomaniyaya yox deyir!” - Qrant layihə (FOTOLAR)

Müxtəlif
 7-04-2022, 22:44     10 927

"Yaradıcı Gənclərə Dəstək" İctimai Birliyi “Gənclik narkomaniyaya yox deyir!” Qrant layihəsi çərcivəsində növbəti təlimini keçirdi.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Yaradıcı Gənclərə Dəstək" İctimai Birliyinin təşkilatçılığı və Laçın Rayon Gənclər və İdman İdarəsinin yaxından köməkliyi ilə “Gənclik narkomaniyaya yox deyir!” layihəsi çərçivəsində 07 aprel 2022-ci il tarixdə Ağcabədi rayonu, Laçın rayon Qarakeçdi kənd 2 №-li tam orta məktəbdə 30 nəfər laçınlı gəncin iştirakı ilə təlim kursu keçirilmişdir.
Təlimdə Laçın Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayev, Laçın Rayon Polis Şöbəsinin azyaşlılar üzrə inspektoru Veysəl Allahverənzadə, Laçın rayon Qarakeçdi kənd 1 №-li tam orta məktəbin direktoru Mehti Axundov, Qarakeçdi kənd 2 №-li tam orta məktəbin direktoru Vəli İmranov, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
Tədbirdəki çıxışlar zamanı qeyd olundu ki, dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin böyük bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkirlər.
Son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizə xeyli güclənmiş, narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi hesab edilərək bu haqda ayrı-ayrı illərdə Ölkə başçıları tərəfindən müvafiq Fərman və Sərəncamlar imzalanmış, Qanun və Proqramlar qəbul edilmişdir. Bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatlar da fəallığını xeyli artırmışdırlar. Bununla yanaşı narkomaniyaya qarşı mübarizə üzrə maarifləndirmə işlərinin səviyyəsi də artırmişdir. Lakin görülən işlərə baxmayaraq ölkəmizdədə narkamanların sayının ilbə-il artması və narkomaniyanın “cavanlaşması” bu sahədə daha ciddi tədbirlər görülməsini vacib hesab edir. Bu istiqamətdə ilk növbədə böyüməkdə olan nəslin maarifləndirilməsi ən başlıca şərtlərdən biridir. Maariflədirmə işi nəinki Bakıda, həm də ölkənin regionlarında, hətta belə ucqar kəndlərdə də aparılması qeyd olundu.
Sonda layihə haqqında geniş məlumat vermək üçün söz təlimçi Rasif Qaçayevə verilmişdir. Rasif müəllim layihə çərçivəsində gənclərin maariflənməsi məqsədilə mövzu haqqında ətraflı söhbətlər aparmışdır. Tədbir zamanı narkomaniyaya aid hazırlanmış bukletlər, üzərində Agentliyin və İctimai Birliyin loqosunu əks etdirən köynəklər, qeyd kitabçaları, qələmlər və qovluqlar tədbir iştirakçıları arasında paylanılmışdır.
Layihə çərçivəsində növbəti təlimlər Ağcabədi, Ağdam və Xocavənd rayonlarında keçiriləcəkdir.

İnterPosta.info











Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26