Interposta.Info

Misir hökuməti dəniz suyunun şirinləşdirilməsi layihəsinə 2,8 milyard dollar ayıracaq

Müxtəlif
 18-08-2020, 15:29     625

Şirin suya olan tələbatını Nil çayı hesabına təmin edən və son illər bu vacib su mənbəyi ətrafında qonşu Efiopiya ilə gərginlik yaşayan Misir hökuməti yeni layihələr həyata keçirməyə qərar verib. Bu layihələr dəniz suyunun şirinləşdiriliməsi üzrə müəssisələrin inşa edilməsini ehtiva edir.

AZƏRTAC Misir Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı Əbdülfəttah əl Sisi hökumətə milli su layihələrini həyata keçirmək tapşırığı verib. Baş Nazir Mustafa Mədbuli və nazirlərin iştirak etdiyi müşavirədə beş il müddətində dəniz suyunun şirinləşdiriliməsi üzrə 47 müəssisənin inşası layihələri nəzərdən keçirilib. Qeyd olunub ki, hökumət bu məqsədlə 2,8 milyard dollar vəsait ayıracaq.

Qeyd edək ki, hazırda Nil çayı üzərində inşa ediləcək “Böyük Efiopiya Dirçəliş Bəndi” ətrafında danışıqlar davam edir. Ekspertlər bildirirlər ki, bu bəndin tam doldurulacağı halda Misirin və Sudanın şirin su təchizatında problemlər meydana çıxacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26