Interposta.Info

ABŞ Avropanı Rusiya asılılığından qurtarmaq üçün bir milyard dollar ayıracaq

Dünya
 11-10-2018, 21:07     10 363

ABŞ Senatında Avropanın Rusiyanın enerji asılılığından qurtulması məqsədilə qitədəki enerji layihələrinə milyard dollar pul ayrılması barədə qanun layihəsi irəli sürülüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Avropanın enerji təhlükəsizliyi və diversifikasiyası” adlanan layihənin müəllifləri ABŞ Senatının “Avropa və təhlükəsizlik sahəsində regional əməkdaşlıq üzrə alt komitəsi”nin sədri, senator Roy Conson və komitənin üzvü Kris Merfidir.

Sənəddə Rusiyanın dağıdıcı təsiri ilə mübarizə aparacaq, habelə ölkədə və xaricdə yeni iqtisadi imkanların yaradılması üçün dövlətin əlinə yeni vasitələrin verilməsinin vacibliyi vurğulanıb.

Layihənin mətnində Rusiyanın Qərb institutlarını məhv etmək, habelə Avropa ölkələrində özünə tabe olan hökumətləri hakimiyyətə gətirmək üçün enerji bazarındakı hakim mövqeyindən, həmçinin korrupsiya, rüşvət və təbliğatdan geniş şəkildə istifadə etdiyi yazılıb.

Senatorlar Avropadakı enerji layihələrində dövlət və özəl sektorlarından sərmayələri stimullaşdırması üçün hökumətə əlavə 1 milyard dollar pul ayrılmasını istəyiblər. Kris Merfi ABŞ-ın ədalətli olaraq Şərqi Avropada müdafiənin möhkəmləndirlməsi məqsədilə milyardlarla sərmayə qoyduğunu xüsusilə qeyd edib.

Kris Merfini fikrincə, Rusiyanın Avropadakı investisiyalarının təhlükəli nəticələrini unutmaq olmaz. Demokrat senatorun rəyinə görə, Vaşinqton Avropanın strateji əhəmiyyətli enerji layihələrini dəstəkləməklə, Putinin əzmini qıra və ABŞ-da yeni iş yerləri aça bilər.

Qanun layihəsi ABŞ Ticarət və inkişaf agenltiyinə (USTDA) və digər qurumlara 2019-cu ildən 2023-cü il qədər Mərkəzi və Şərqi Avropadakı önəmli enerji layihələrini dəstəkləməyə imkan verir.

Xatırladaq ki, prezident Donald Tramp Rusiya ilə imzalanan “Şimal axını-2” layuhəsinə görə Almaniyanı sərt şəkildə tənqid etmişdi və bunun qəbuledilməz olduğunu bildirmişdi.

ABŞ-ın Avropa Birliyindəki səfiri Edam Şub Almaniyanı “Şimal axını-2” layihəsinə mane olmağa çağırıb.

ABŞ-ın daxili işlər naziri Rayan Zinke isə Rusiyanın enerji tədarükünə mane olmaq məqsədilə onu hətta dəniz blokadasına almağı düşündüklərini söyləmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26