Interposta.Info

Yaxın Şərqin ən böyük hərbi bazası bu ölkədə istifadəyə verildi

Dünya
 22-07-2017, 18:41     4 642

Misirdə hərbi bazası istifadəyə verilib.

Axar.az xəbər verir ki, Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazasının açılış mərasimində iştirak edən ölkə prezidenti Əbdülfəttah əs-Sisi burada Misirin bayrağını qaldırıb, bazada keçirilən hərbi paradı izləyib.

Açılışda hərbi bazanın əsas amalının ölkənin ikinci ən böyük şəhəri olan İsgəndəriyyənin və ətrafında olan ərazilərin mühafizəsini daha da gücləndirmək olduğu bildirilib.

Qeyd edək ki, sözügedən ərazidə böyük həcmli neft yataqları, dəniz limanı mövcuddur. Misirin ilk atom elektrik stransiyası da gələcəkdə bu ərazidə inşa ediləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26