Interposta.Info

Türkiyə bu ölkədə hərbi dəniz bazası yaradacaq

Dünya
 18-08-2020, 15:40     656

Türkiyə Liviyanın Misrata şəhərində hərbi dəniz bazası yaradacaq.

Ötən gün Türkiyə Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər Liviya səfəri çərçivəsində Qətərin Müdafiə naziri Xalid bin Məhəmməd əl-Ətiyyə ilə, Liviya Müdafiə nazirinin müavini Səlahəddin Nəmruşla görüşüb.

Görüş çərçivəsində Türkiyə, Qətər və Liviya bir neçə hərbi müqavilələr imzalayıb.

Razılaşmaya əsasən Qətər qurulacaq hərbi təlim mərkəzlərini maliyyələşdirəcək. Bundan başqa, Misratada üçtərəfli koordinasiya mərkəzi qurulacaq və Türkiyə bölgədə hərbi dəniz bazası yaradacaq./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26