Interposta.Info

Qətər rəsmən açıqladı: “Hərbi dronları Türkiyədən alacağıq”

Dünya
 8-02-2019, 21:34     10 442

Qətər Türkiyədən 6 ədəd “Bayraqdar TB2” markalı Pilotsuz Uçan Hava Aparatı alacaq.

Avropa.info xəbər verir ki, bu haqda Qətərin rəsmi dövlət agentliyi məlumat yayıb.

Məlumatda Türkiyə ilə Qətər arasında 2018-ci ildə razılaşma əldə olunduğu və İHA-ların Türkiyədən alınacağı bildirilib.

“Türkiyə ilə 2018-ci ildə imzalanan müqavilə çərçivəsində altı “Bayraqdar TB2″ hərbi dron alınacaq.”

Qeyd edək ki, bundan öncə Ukrayna da Türkiyədən hərbi dronlar almışdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26