Interposta.Info

Türkiyədən qeyri-adi addım:

Dünya
 3-02-2017, 09:04     673

Türkiyədən qeyri-adi addım:

Türkiyə hökuməti sərhədlərin qorunması üçün yerli “Aselsan” hərbi şirkətin istehsalı olan dirijabllardan istifadə etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Pilotsuz uçuş aparatları patrul nəzarəti həyata keçirərək sərhəd ərazilərdə pozuntular barədə məlumat verəcək. 16 metr uzunluğunda olan “Aselsan” dirijabllarının 1000 metrə qədər hündürlüyə qalxa biləcəyi bildirilib.

Bundan əlavə, qeyri-qanuni keçidlərin qarşısını almaq üçün Türkiyə-Suriya sərhədi boyunca səddin inşa edilməsi də nəzərdə tutulub. Artıq 825 km-lik uzunluqda sərhədin 367 km-i üçün divar inşasının planlaşdırıldığı bildirilib. Beton bloklardan ibarət olan sədlərin Qars, Ərdahan və İğdır kimi sərhəd ərazilərdə hazırlandığı bildirilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26