Türkiyədən Pakistana

Türkiyə Pakistanı 119 milyon 395 min 245 türk lirəsi dəyərində olan T-37 təyyarə detalları ilə təmin edəcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin rəsmi qəzeti məlumat yayıb.
9 mart 2017-ci ildə ölkələr arasında əldə edilən razılaşma bu gündən etibarən icra ediləcək.
Göndəriləcək detallar tamamlandıqdan sonra Pakistanın Türkiyədəki səfirliyinə məlumat veriləcək.
Qeyd edək ki, T-37 reaktiv təlim təyyarəsi sayılır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26