Interposta.Info

Deputat baş naziri təkzib etdi: Ölkəmizdə ABŞ-ın bazası var

Siyasət
 1-01-2019, 13:50     10 365

Fəratın şimalında və cənubunda ABŞ-ın iki hərbi bazası var.

Bunu İraq Məclisinin üzvü Ayd İmaş deyib. O, İraqın Baş naziri Adil Əbdülmehdinin ölkəsində ABŞ-a aid hərbi baza olmadığına dair açıqlamasını təkzib edib:

“ABŞ-a aid hərbi bazalara İraq əsgərlərinin və səlahiyyətli nümayəndələrinin girişinə icazə yoxdur. Bizləri ora getməyə qoymurlar”.

İmaş ABŞ Prezidnti Donald Trampın sonuncu İraq səfərindən sonra sözügedən hərbi bazalarda aktivliyin müşahidə olunduğunu söyləyib.

Qeyd edək ki, Adil Əbdülmehdi ötən gün İraqda ABŞ-a aid hərbi bazaların olmadığını söyləmişdi./axar.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26