Interposta.Info

Köklüyü yaradan səbəb əsəb dərmanlarıdır – ARAŞDIRMA

Müxtəlif
 17-01-2019, 21:31     11 360

Son dövrlər Azərbaycanda həm kişilər, həm də qadınlar arasında kök insanlara çox rast gəlinir. Kök adamlar arasında apardığımız sorğulardan aydın olur ki, onlar çəki atmaq üçün idman zallarına, fitnes klublara getsələr də, müəyyən müalicə prosedurlarından keçsələr də, nəticə ürəkaçan olmur. Görəsən bunun səbəbi nədir; niyə ətrfımızda bu qədər şişman adamlar var?

Bu sualla tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaquba müraciət etdik.

İnterPosta.info doktorun cavabını oxucularımıza təqdim edirik:

-Son dövrlər həqiqətən də cəmiyyətimizdə köklükdən əziyyət çəkən adamlara çox rast gəlirik. Bunun bir çox səbəbləri olsa da, əsas səbəb insanlarda əsəbin çox olmasıdır. Əsəbdən və depressiyadan əziyyət çəkən adamlar nevroloqlara müraciət etdikdə, həkimər onlara əsəbsakitləşdirici dərmanlar yazırlar. Bu dərmanların demək olar ki, müalicəvi təsiri yoxdur; onlar sadəcə müvəqqəti sakitlik yaradır. Bunları yazırlar ki, xəstə sakit dayansın və ətrafındakı insanlarla mübahisə edib, onların rahatlığını pozmasın. Dərmanın qəbulunu dayandıran kimi, xəstə yenidən əsəbləşməyə, ağrımağa başlayır. Odur ki, bu cür adamlar ömür boyu dərmandan aslı vəziyyətdə qalırlar. Fikir verirsinizmi, həminn dərmanları içən adamlar key kimi olurlar, daim yatmaq istəyirlər, iş qabiliyyətlərini itirirlər və s. Əsəbsakitləşdirici və yuxugətirici dərmanların digər əks təsiri hormonal pozğunluq yaratmasıdır. Hormonal pozğunluq da, öz növbəsində köklüyə səbəb olur.

Əsəbsakitləşdirici dərmanların fəsadları bununla da bitmir. Yuxarıda qeyd etdim ki, bu cür dərmanlar hormonal pozğunluqlara səbəb olur. Yəni, kişilərdə qadın, qadınlarda isə, kişi hormonları ifraz olunmağa başlayır. Nəticədə cinsi disfunksiya yaranır və insanlar əks cinsə meyl etmirlər. Bu da ailələrin dağılmasına gətirib çıxarır. Belə ki, ailədə bir tərəf əsəb dərmanı içirsə və cinsi həvəsi sönürsə, qarşı tərəf mütləq kənarda özünə partnyor axtarmaq məcburiyyətində qalır. Bu da ailələrdə münasibətlərin soyumasına, bir çox hallarda isə, ailənin dağılmasına səbəb olur. Son dövrlər qəbuluma gələn pasiyentlərin çoxunda bu cür problemlər olur. Araşdıranda görürəm ki, qəbul etdikləri əsəbsakitləşdiricilər onlarda həm köklük, həm də cinsi disfunksiya yaradıb.

-Paşa doktor, bəs kimyəvi dərmanlardan istifadə etmədən əsəbi və depressiyanı müalicə etmək mümkündürmü? Siz özünüz belə xəstəliklərə qarşı hansı vasitələrdən istifadə edirsiniz?

-Əvvəlki müsahibələrimdə də qeyd etmişdim ki, Mendeleyev cədvəlindən Efir (Nyutoniyum) elementinin çıxarılması tibb elminin yarımçıq qalmasına səbəb oldu. Odur ki, Tibb universitetlərini bitirən həkimlər əsəb xəstəliklərinə qarşı istifadə etdikləri dərmanların ziyanı xeyrindən çox olur. Mənim tətbiq etdiyim müalicə metodu isə, həmin o Dövri Sistemdən çıxarılmış elementin sirlərinə söykənir. Hansı ki, o elementin (Efirin) sirlərini bilməklə Nikola Tesla daimi və yanacaqsız işləyən mühərrik, enerjinin naqilsiz ötürülməsi kimi, bu gün də elm aləminə qaranlıq qalan kəşflər etmişdi. Mən həmin sirləri bilməklə, üz-üzə dayandığım əsəb xəstəsini, yaxus depressiyaya düşmüş adamı heç bir dərman vasitəsi işlətmədən asanlıqla müalicə edirəm. Hətta, mənimlə üzbə-üz dayanmağa imkanı olmayan xəstələri dünyanın hansı nöqtəsində olmalarından aslı olmayaraq videogörüntüylə sağaldıram. Necə ki, Tesla enerjini naqilsiz ötürürdü...

İnsanlara məsləhət görərdim ki, elmin bu qədər inkişaf etdiyi XXI əsrdə xırda bir əsəb, sinir xəstəliklərini müalicə etmək üçün kimyəvi dərmanlardan istifadə etməyə ehtiyac yoxdur. Bu cür dərmanlar həm insanların həddən artıq kökəlməsinə, həm də cinsi disfunksiyalara səbəb olur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26