Interposta.Info

“17 yaşlı qızın zorla nişanlanmasında əsas səbəb, valideynlərin savadsızlığındadır”- PAŞA YAQUB

Müxtəlif / Manşet
 4-08-2019, 11:48     10 995

Zaqatala rayon Əliabad qəsəbəsində 17 yaşlı qızın ailəsi tərəfindən zorla nişanlandığı üçün intihar etməsi ilə bağlı yayılan xəbər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İddiaya görə, qəsəbə sakini Gülər İsmayılova təhsil almaq istəsə də, ailəsi onu sevmədiyi şəxsə ərə vermək istəyib.
Hazırda cəmiyyətimizdə intihar halları günü-gündən artmaqdadır.
Baş verən intihar hallarının əsas səbəblərini və bundan çıxış yollarını öyrənmək üçün psixoterapevt, elmi-lədun bilicisi Paşa Yaqubla söhbətləşdik:
Son dövrlər intiharlar sürətlə artmaqdadır.
Paşa Yaqub intiharların əsas səbəbinin fizikada məlum olan sabit və dəyişən cərəyanlarla bağlı olduğunu bildirib:
“Öncə qeyd edək ki, fizikada iki cür enerji növü var: sabit və dəyişən. Müqayisə üçün deyim ki, televizorun ekraranında 2-3 min volt SABİT cərəyan olsa da, bu cərəyan insanı öldürmür və faydalıdır: bizə görüntü və informasiya ötürür. Televizorun giriş hissəsində isə, cəmi 220 volt cərəyan olmasına baxmayaraq, bu cərəyan öldürücüdür. Çünki, bu cərəyanın növü DƏYİŞƏN cərəyandır”.
Elmu-lədun bilicisi, Zaqatalada başa verən intihar hadisəsinə "İnterPosta.info"ya münasibət bildirərkən, 17 yaşlı qızın onu zorla başqa bir şəxslə evləndirilməsinin əsas səbəbi kimi, valideynlərinin cahil olmaqda görüb:
“Zaqatalada 17 yaşlı qızın ailəsi tərəfindən zorla nişanlandığı üçün intihar etməsi ilə bağlı yayılan xəbərlər cəmiyyətimizdə təəssüf hissi doğurur. Düşünürəm ki, belə halların baş verməsi düzgün deyildir. Əsas səbəb kimi, valideynlərin savadsızlığındadır. Bu cür məqamlarda valideynlər övladlarının fikirlərini öyrənməli və onu qorumağa çalışmalıdırlar. Bu məsələdə isə görünür hər şey əksinə baş veib. Övladlarını zorla sevmədiyi şəxslə evləndirməyə çalışıblar. Amma sonu intiharla nəticələndi”.
Məşhur psixoterapevt daha sonra, insanın içindəki dəhşətli sıxıntıların onu intihara sövq etdiyni bildirdi:
“İnsan da enerji (ruh) daşıyıcısıdır. Ətraf mühitdən insana daim həm sabit, həm də dəyişən (neqativ) enerjilər gəlir. Fərq ondadır ki, bəzən insanın üzərinə güclü neqativ (qara) enerji axını baş verir. Bu qara enerji ruhdakı sabit cərəyanı "dəyişən cərəyan" formasına keçirir. Beləliklə, orqanizmdə sabitlik pozulur. Bundan sonra insanda ilk növbədə həyəcannlanmalar, qorxular, diksinmələr, qarabasmalar... baş verir. Daha sonra insan özünə qapanır; sevgisiz, həvəssiz olur; səbəbsiz ağrıları, qəlbində sıxılmaları olur; yuxuya gedərkən ayağı sanki boşluğa düşür, yaxud yüksəklikdən yıxıldığını hiss edərək oyanır; bəzi xəstələrdə gecələr tez-tez sidiyə çıxma, yaxud, həzm problemləri olur; bəziləri isə, ətrafından kölgə keçdiyini, boş otaqdan səs gəldiyini, yol gedərkən arxadan izləndiyini hiss edir; səbəbsiz əsəbləşir və səbəbsiz ağlayır. Bütün bunlar aradan qaldırılmadıqca, içindəki dəhşətli sıxıntı onu intihara sövq edir”.
Paşa Yaqub bildirdi ki, xəstələrinə fizikanın qanunlarına əsaslanan müalicə metodu ilə bir neçə seans edir ki, düşdükləri depressiv vəziyyətdən çıxıb, cəmiyyətə qaynayıb-qarışırlar…
“Ona görə də qəbuluma gələn xəstələr elə birinci seansdaca intihar fikrindən daşınırlar və qapandıqları otaqdan çıxaraq, cəmiyyətə qaynayıb-qarışırlar... Kompyuterdən silinmiş fayl və proqramlar necə bərpa (vostonovit) olunursa, intihar etmək istəyənin də qəlbindən silinmiş sevgi, məhəbbət hissləri, inam və ümid elə bərpa olunur”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26