Interposta.Info

Xatirə Süleymanova: “Uçuruma gedirəm”

Müxtəlif
 28-08-2018, 13:03     11 795

Sumqayıt Dram Teatrının aktrisası Xatirə Süleymanova “Ata ocağı” serialından ayrılmasına aydınlıq gətirib. O interposta.info-a açıqlamasında yeni sezondan yeni bir obrazla tamaşaçılarının qarşısına çıxacağını bildirib:
“Orda hekayəm bitdi. ARB kanalından yayımlanacaq “Uçurum” serialında rol verilib mənə. Hazırda çəkilişlər gedir. Yeni sezonda məni artıq Xəzər televiziyasında yox ARB-dən izləyə biləcəklər. Mənimcün əziz olan Xəzər televiziyasında yayımlanan “Ata ocağı” ilə 197-ci seriyadan sonra yollarımızı ayırdıq müəyyən bir müddətə. İnşallah bu il ARB sonrası Allaha pənah...

Xatirə Süleymanova: “Uçuruma gedirəm”

Eyni zamanda Valeh Əhmədov ssenarisiylə yay ərzində yeni kino çəkdik, ilk iş kimi “Nərminə” obrazı ilə orda rol aldım. İnşallah tezliklə kinoteatrlarda verilər.
Yayda istirahət olmadı. “Ata ocağı” serialından “Kişi ol”a keçdim, ordan da “Uçuruma”. Yeni serialın hər gün çəkilişləri davam edir. Gərgin əmək sərf edirəm. Bu tam fərqli obrazdır. Deyingən , gəlinə gün verməyən qaynana (Gülümüsəyərək). Həyatda həddindən artıq mərhəmətli olan mən, qəddar qaynana obrazında olacam”.
Qeyd edək ki, “Uçurum” serialı Vüsal Məmmədov və Vüsalə Tağının rejissorlaruğu ilə çəkiləcək.
Elşən Yəhyayev

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26